Çingiz Abdullayev adına Xaçmaz şəhəri 2 nömrəli tam orta məktəbdə rəqəmsal summativ qiymətləndirmənin təşkili ilə əlaqədar praktik seminar keçirilib.
Seminarda rayonun 15-dən artıq məktəbindən layihə üzrə məsul şəxslər iştirak ediblər.
Regionda rəqəmsal summativ qiymətləndirmənin tətbiqi dairəsinin genişləndirilməsi və bu istiqamətdə görülən təşkilati işlər çərçivəsində digər rayonlarda da bu məzmunda seminarların keçirilməsi nəzərdə tutulur.