08.12.2023

Beynəlxalq Rəssamlar Günü münasibətilə tədbirlər təşkil olunub

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba, Xaçmaz, Şabran və Siyəzən Uşaq-Gənclər İnkişaf Mərkəzlərində və məktəblərdə 8 Dekabr – Beynəlxalq Rəssamlar Günü münasibətilə rəsm müsabiqələri, sərgilər, dəyirmi masa və s. tədbirlər təşkil olunub.

 

Tədbirlər zamanı məktəblilərin çəkdikləri rəsmlər nümayiş olunub, rəssamlıq sənətinin tarixindən, dünya şöhrətli rəssamların həyat və yaradıcılığından danışılıb. Rəssamlıq peşəsinin min illər əvvəl meydana gəldiyi, ibtidai icma dövründən qədim insanların daş, qaya üzərində ilk rəsm əsərlərini yaratmağa başladıqları qeyd edilib.

 

Tədbirlərin təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkara çıxarılması, onlarla işin təşkili, həmçinin rəssamlıq sənəti, Azərbaycanın və dünyanın tanınmış rəsamları, məşhur rəsm əsərləri barədə məktəblilərin məlumatlılığının təmin edilməsindən ibarət olub.


Açar sözlər: