12.12.2023

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Quba-Xaçmaz Regional Təhsil İdarəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.

 

Dəyirmi masa ətrafında çıxış edənlər Heydər Əliyevin həyat yolu və çoxşaxəli fəaliyyətindən bəhs ediblər. Görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətindəki misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışan çıxışçılar qeyd ediblər ki, Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.

 

Tədbirdə həmçinin o da qeyd olunub ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”, - deyən dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb. Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib. Ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatları bu sahənin inkişafında xüsusi mərhələ təşkil edir.

 


Açar sözlər: