Dekabrın 19-da Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilən Coşqun Əliyevin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, RTİ əməkdaşları, regionunun məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Mehriban Vəliyeva təhsilin keyfiyyətinin artırılması istiqamətində ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb. O, Coşqun Əliyevi təyinatı münasibətilə təbrik edərək, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində çalışan təhsil işçiləri ilə birlikdə ölkənin təhsil siyasətinin həyata keçirilməsində uğurlar arzulayıb.
Daha sonra Səidə Abasova təbrik çıxışı edib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev ona göstərilən yüksək etimada görə təşəkkür edərək, bu etimadı doğruldacağını bildirib.
Sonra çıxış edən təhsil işçiləri yeni təyinat münasibətilə Coşqun Əliyevi təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıblar.
Sonda xatirə şəkli çəkdirilib.