27.12.2023

Respublika fənn müsabiqələri və olimpiadalara şagirdlərin hazırlanmasına dəstək göstərən müəllimlərlə görüş

Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən respublika fənn müsabiqələri və olimpiadalara şagirdlərin hazırlanmasına dəstək göstərən müəllimlərlə görüş keçirilib.

 

Görüşdə olimpiadalara hazırlıq prosesi və bu istiqamətdə olan əsas problemlər, ikinci mərhələyə hazırlığın təşkili məsələləri, olimpiada mərkəzlərinin fəaliyyəti və bu istiqamətdə çalışan müəllimlərin stimullaşdırılması məsələləri müzakirə edilib, onların təlim ehtiyacları müəyyənləşdirilib.

 

Görüşdə həmçinin ötən tədris ilində respublika fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının regiondan olan qaliblərinə diplomları təqdim edilib.