19.01.2024

"Zərif və Güclü" adlı dəyirmi masa

Quba rayon Qaraçay qəsəbə tam orta məktəbində "Zərif və Güclü" adlı dəyirmi masa təşkil olunub.

 

I Qarabağ müharibəsi şəhidi Pərviz Şükürbəyovun anası, "Şəhid Ailələri Müdafiə Cəmiyyəti"  və "Dəmir Yumruq Alfa A" cəmiyyətinin sədri Qalina Şükürbəyova, Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyevin anası Xalidə Niftəliyeva, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun əməkdaşı Röyalə Nəsirova, Quba Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova, "ViqasMed" psixoloji nitq inkişafı mərkəzinin müdiri Fidan Bağırova, işinin peşəkarı və vurğunu olan Qubada ilk qadın avtobus sürücüsü, iş qadını Nuriyyə Abdullayeva, elektrik mühərriklərinin təmirçisi, iş qadını Nəzakət Qurbanova tədbirin qonağı olublar.

 

Dəyirmi masa ətrafında qadının cəmiyyətdəki mövqeyi, rolu və qarşılaşdığı problemlər mövzularında müzakirə aparılıb.


Açar sözlər: ,