01.02.2024

Gənclər Günü münasibətilə tədbir keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

 

Öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilməsinin ardınca tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

 

Çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tədbir iştirakçılarını salamlayaraq bütün gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib. O, gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən, bu siyasətin uğurlu nəticələrindən danışıb,  bütün sahələrdə, eləcə də təhsil sahəsində gənclərin böyük inkişafetdirici rola malik olduğunu vurğulayıb.

 

Sonra Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov təbrik nitqi ilə çıxış ediblər.

 

Tədbirdə səmərəli fəaliyyəti ilə seçilən bir qrup təhsil işçisi Gənclər Günü münasibətilə təltif olunub.

 

Daha sonra region Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin üzvlərinin təqdimatlarından ibarət proqram izlənilib.