01.04.2017

Eksternat qaydasında imtahanlar keçiriləcək

Mayın 13-ü və  14-ü əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Sənəd qəbulu aprelin 1-dən 30-dək həftənin iş günlərində RTŞ-də aparılacaq.

Qeydiyyat üçün tələb olunan sənədlər - şəxsiyyət vəsiqəsinin surəti, təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış, ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) surəti, RTŞ-nin müdirinin adına ərizə.

Eksternat imtahanları Quba şəhər 2 nömrəli tam orta məktəbdə reallaşacaq.

İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.


Açar sözlər: ,