20.11.2023

Noyabrın 28-də Qusarda vətəndaş qəbulu keçiriləcək

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev noyabrın 28-də, saat 11:00-da Qusar şəhər 6 nömrəli tam orta məktəbdə Qusar rayonunda qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

 

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər https://edu.gov.az/az/contact_us keçidindən istifadə etməklə və ya Qusar rayonu üzrə təhsil sektoruna (050 612 31 42) müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

 

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirməlidirlər.


Açar sözlər: