06.12.2023

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə qeydiyyat başladı

Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrindəki vakant yerlər üçün müsahibələrdə iştirak etmək istəyən namizədlər 06-12 dekabr tarixlərində https://forms.gle/YXZckTzRwVy8BnKz6 keçidi vasitəsilə qeydiyyatdan keçməlidirlər.

 

Yalnız 16 noyabr 2023-cü il tarixində təşkil olunmuş müsabiqənin test imtahanlarından uğur qazanmış namizədlər müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər.

 

Müsahibə mərhələsinə qeydiyyat üçün müəyyən olunmuş müddət bitdikdən sonra namizədlərin test imtahanlarında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd ilkin olaraq müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət olunacaq.

 

Vakant yerlərə görə müsahibəyə dəvət zamanı nəzərə alınan test balı azala bilər, lakin bu 35 baldan az ola bilməz.

 

Müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər. (Namizədin test mərhələsində topladığı bal 1 il üçün keçərlidir.)

Vakansiyalar