24.01.2024

Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək

Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrindəki vakant yerlər üçün müsahibələrdə iştirak etmək istəyən (2023-cü ildə müsabiqədə iştirak etmiş) namizədlər 24 yanvar 2024-cü il tarixindən 28 yanvar 2024-cü il saat 23:59-dək https://forms.gle/rGwisW7KHFRTi9Eu9 keçidi vasitəsilə qeydiyyatdan keçməlidirlər.

 

Yalnız müsabiqənin test imtahanlarında 24 baldan yuxarı nəticə göstərmiş namizədlər müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər.

 

Müsahibə mərhələsinə qeydiyyat üçün müəyyən olunmuş müddət bitdikdən sonra namizədlərin test imtahanlarında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd ilkin olaraq müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət olunacaq.

 

Müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər. (Namizədin test mərhələsində topladığı bal 1 il üçün keçərlidir.)

Vakansiyalar