13.03.2024

Məktəb direktorlarının yerdəyişməsi müsabiqəsinə başlanılır

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinə yerdəyişmə müsabiqəsinə başlanılır.

Müsabiqədə Quba-Xaçmaz RTİ-nin tabeliyində fəaliyyət göstərən və hazırda ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışan şəxslər iştirak edə bilərlər.

 

Namizədlər üçün tələblər:

 

-pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;

-10 ildən az olmayaraq pedaqoji staj;

-direktor vəzifəsində 3 ildən az olmayaraq iş stajı.

 

Müsabiqə 3 mərhələdən (qeydiyyat, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.

 

Üstünlük veriləcək namizədlər:

 

-namizədin rəhbərlik etdiyi məktəbin şagirdlərinin son 3 ildə yerli və beynəlxalq müsabiqələrdə qalib və ya mükafatçı olması;

-namizədin rəhbərliyi dövründə məktəbin qrant müsabiqəsinin qalibi olması;

-namizədin yerli müsabiqələrin (Pİ, Qrant müsabiqəsi və s.) qalibi olması;

-namizədin rəhbərlik etdiyi məktəbin IX-XI sinif buraxılış imtahanlarının son 3 il üzrə nəticələrinin yüksək olması;

-namizədin rəhbərlik etdiyi məkətəbin məzunlarının son 3 ildə ali məkətəblərə qəbul nəticələrinin yüksək olması.

 

Müsabiqədə göstərilən tələblərə uyğun olan və şagird sayı 150-dən çox olan ümumi təhsil müəssisələrində hazırda direktor vəzifəsində işləyən şəxslər iştirak edə bilərlər.

Müraciət etmiş namizədlərlə müsabiqənin 2-ci mərhələsində videoçəkiliş təmin edilməklə müsahibə təşkil ediləcəkdir. Müsahibə zamanı hər meyar 5 ballıq şkala əsasında qiymətləndirilir. Keçid balı 3-dür.

 

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

 

-vəzifə üzrə nəzəri biliklər

-idarəetmə bacarıqları

-şəxsi keyfiyyətlər

 

Müsabiqəyə qeydiyyat 12 mart 2024-cü il tarixdə başlamaqla, 18 mart 2024-cü il tarixdə saat 23:59-da başa çatacaq.

 

Namizədlər buradan qeydiyyatdan keçə bilərlər.

 

Bir vakant yerə müsahibədə uğur qazanaraq eyni balı toplayan 1-dən çox namizəd olduğu halda vakant yerlərin seçimi mərhələsində ilk növbədə son 3 il ərzində hazırda çalışdığı məktəbin IX və XI siniflər üzrə buraxılış imtahanlarının və son 2 ildə IV siniflər üzrə monitorinqlərin nəticələri ardıcıllıqla nəzərə alınacaq.

 

Qeyd: Son 6 (altı) ay ərzində barəsində müvafiq intizam tənbeh tədbiri olan şəxslərin müsabiqədə iştirakına icazə verilmir.

 

Vakant yerlərin siyahısı