Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 17 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 "Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 17 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 50-ci hissənin birinci abzasında "Nazirliyin və rayon (şəhər) təhsil şöbələrinin" sözləri "Yerli icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin;
1.2. 62-ci hissənin yeddinci abzasında "təhsil orqanlarının təqdimatına əsasən, nazirliyin əmri" sözləri "icra hakimiyyəti orqanının qərarı" sözləri ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının
Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 2 mart 2012-ci il
№ 53