“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2018-2019-cu dərs ilinə aid tədris planı” və “Tədris planına dair qeydlər” təsdiq edilsin (əlavə olunur).
2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) tədris planının həmin siniflərin fəaliyyət göstərdiyi təhsil müəssisələrinə vaxtında çatdırılmasını təmin etsin.
3. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin əlavələri ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 avqsut 2018-ci il
F-573
Əlavə: