Xüsusi hallarla bağlı məlumatların verilməsi barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi müdirinin əmri

    Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sisteminə daxil olan qurumlarla işin təşkilinin yaxşılaşdırılması, fövqəladə, cinayət və təhsil müəssisələrinin normal iş ahənginin pozulması ilə nəticələnən hadisələr haqqında məlumatların verilməsi, həmçinin qurumlar arası fəaliyyətin əlaqələndirilməsi və zəruri hallarda təxirəsalınmaz tədbirlərin görülməsi məqsədi ilə “Regional Təhsil İdarəsi haqqında Əsasnamə”nin 5.6.3. bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM

 

     1.Quba-Xaçmaz Regional Təhsil idarəsinin ( bundan sonra idarə ) struktur qurumları və struktruna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri aşağıda göstərilən xüsusi hallar haqqında dərhal telefon, sonra isə yazılı formada İdarəyə məlumat verilməsini təmin etsinlər;

 

     - təbii fəlakət, yanğın, digər fövqəladə hadisələr;

   - təhsil işçiləri tərəfindən cinayət hadisələrinin törədilməsi, o cümlədən korrupsiya hüquq pozuntularına yol verilməsi və ya təhsil müəssisəsində (onun ərazisində) törədilmiş cinayət hadisələri;

   - hüquq-mühafizə orqanlarının təhsil müəssisələrində əməliyyat-axtarış fəaliyyətini həyata keçirməsi, təhsil müəssisəsinə aid sənədlərin tələb olunması və ya götürülməsi;

     - elektrik, istilik, su və qaz təchizatının dayandırılması və digər hallar nəticəsində normal

fəaliyyətin pozulması;

     - şagird və tələbələrin kütləvi zəhərlənməsi, epidemiya xarakteri alan xəstəliklər;

     - təhsil müəssisəsinin ərazisində təhsilalanların və təhsil işçilərinin xəsarət alması;

     - təhsil müəssisəsinin ərazisinin zəbt olunmasına cəhdlər;

     - inzibati binaya, əsas vəsaitlərə, kitabxana fonduna ziyan dəyməsi, dövlət nümunəli və

sair əhəmiyyətli sənədlərin, möhür və ştampların itirilməsi və ya oğurlanması;

     - təhsil müəssisəsinin normal fəaliyyətinin pozulmasına səbəb olmuş hər hansı digər hadisələr.

 

     2. Xüsusi hallar barədə məlumatların toplanması üçün İdarənin İnzibati təşkilat

sektorunun aparıcı məsləhətçisi Məhərrəmov Ümid Gəray oğlu məsul şəxs təyin olunsun.

    3. Xüsusi hallarla bağlı məlumatların vaxtında verilməsi üçün hər bir təhsil sektorunda məsul şəxs təyin olunsun, həmin şəxs haqqında forma ( əlavə1 ) üzrə məlumat qısa zaman ərzində info@guba.edu.gov.az elektron ünvana göndərilsin.

     4. Xüsusi hallarla bağlı həftənin iş günləri 09:00-dan 18:00-dək (023) 3353400 əlaqə nömrəsinə, qeyri iş günləri isə +994503091718 mobil nömrəsinə məlumat verilsin.

   5. Məlumatda hadisənin baş vermə (törədilmə) yeri, vaxtı, nəticələri, əgər məlumdursa səbəbləri, həmçinin həyata keçirilən təxirəsalinmaz tədbirlər qeyd edilsin.

     6. Ümid Məhərrəmova tapşırılsın ki;

     6.1. Daxil olmuş məlumatlar qeydiyyata alınmaqla dərhal İdarənin rəhbərliyinə məruzə edilməsini təmin etsin;

     6.2. Qeyri-iş saatı daxil olan məlumatların növbəti iş günündə qeydə alınmasını həyata

keçirsin;

     6.3. Bu əmrin İdarənin rəsmi internet səhifəsində yerləşdirilməsi və bütün struktur

qurumlarına çatdırılması təmin etsin.

     6.4. Xüsusi hallar barədə məlumatların mütəmadi olaraq ümumiləşdirilməsinin aparılmasını təşkil etsin.

     7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Rüfət Hacıyev,

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri

06 iyun 2022-ci il

№ F-8