“Ən yaxşı təqdimat” müsabiqəsi

“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi iştirakçılarının təqdimatının qiymətləndirilməsi meyarları

 

1. Təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi.

2. Təqdimatın maraqlı forma əsasında qurulması.

3. Ulu öndər Heydər Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi.

4. İrəli sürdüyü fikirləri faktlarla əsaslandırması.

5. Təqdimatda Ümummilli liderin fikirlərinə istinad etməsi və müvafiq sitatlarını səsləndirməsi.

6. Söylədiyi fikirlərin təsir gücünü artırmaq məqsədilə ədəbi-bədii nümunələrə müraciət etməsi.

7. Təqdimatın ruhuna uyğun müvafiq jestlərdən və səs tonundan məqsədyönlü istifadə etməsi.

8. Ulu öndərin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi.

9. Təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması.

Qeyd: Hər bir iştirakçının çıxışı maksimum 10 balla qiymətləndirilir.