06.01.2022

“Düşünən oxucu” müsabiqəsinə start verilib

Ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında “Düşünən oxucu” adlı müsabiqəyə start verilib. Məqsəd təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır. Müsabiqə yerli nəşriyyatlarla əməkdaşlıq çərçivəsində təşkil olunacaq.

Ətraflı
13.12.2021

Qrız kəndində 20 şagird yerlik yeni modul tipli məktəb istifadəyə verilib.

Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Qrız kəndində istifadəyə verilən məktəbin kollektivi 16 şagird və 8 müəllimdən ibarətdir.
Kənddəki köhnə məktəb binası qəzalı vəziyyətə düşdüyündən tədris üçün yararsız idi.

Ətraflı
12.12.2021

Məktəblərdə Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilir.

Quba Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, mühazirə və seminarlar təşkil olunub.

Ətraflı
11.12.2021

STEAM Azərbaycan Festivalının  bağlanış mərasimi keçirilib.

Festivalda rayonumuzu Quba şəhər 2 nömrəli təbiət fənlər təmayüllü məktəb liseydən 2, Quba rayon Zərdabi qəsəbə kənd tam orta məktəbdən 1 və Quba rayon Cimi kənd tam orta məktəbdən 1 komanda olmaqla ümumilikdə 4 komanda təmsil edib.

Ətraflı
10.12.2021

Respublika fənn olimpiadalarının elektron qeydiyyatına start verilir

Dekabrın 10-dan Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində  müvafiq elektron xidmətdən faydalana bilərlər.

Ətraflı
10.12.2021

Təhsil işçiləri təltif edilib.

Təhsil naziri Emin Əmrullayevin 15.10.2021-ci il tarixli, K-1263 nömrəli əmrinə  əsasən 5 oktyabr-“Beynəlxalq Müəllimlət Günü” münasibətilə  rayonun bir sıra ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimləri fəxri fərmanlarla təltif edilmişdir:

Ətraflı
09.12.2021

STEAM Azərbaycan Festivalına start verilir

Dekabrın 9-da STEAM Azərbaycan Festivalına start verilir.

Ətraflı
06.12.2021

Prezident İlham Əliyev Quba məktəbində yaradılan şəraitlə tanış olub.

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.

Təhsil müəssisəsində görülən işlər barədə məlumat verildi.

Ətraflı
29.11.2021

X sinfə qəbul prosesi sabah yekunlaşır

Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbul prosesi 30 noyabr saat 18:00-da yekunlaşacaq. 

Ətraflı
29.11.2021

Təhsil tələbə kreditinə müraciətlərin qəbulu davam edir

Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir.

Ətraflı
26.11.2021

Vətən Müharibəsi Qəhrəmanı şəhid  Mehrab Niftəliyevin xatirəsi əbəbləşdirilib.

Bu gün Quba Şəhər Texniki təmayüllü liseyin həyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2021-c i il tarixli, 339 nömrəli qərarı ilə Vətən Müharibəsi Qəhrəmanı şəhid Niftəliyev Mehrab Söhrab oğlunun adınının həmin təhsil müəsssisəsinə verilməsi münasibəti ilə tədbir təşkil edilmişdir.

Ətraflı
23.11.2021

Şəhidin xatirəsi əbədləşdirilib.

Bu gün Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gəncələr İdman-Şahmat məktəbinin binası qarşısında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2021-c i il tarixli, 339 nömrəli qərarı ilə Vətən Müharibəsi Qəhrəmanı şəhid Şahin Allahyarovun adınının həmin məktəbdənkənar təhsil müəsssisəsinə verilməsi münasibəti ilə tədbir təşkil edilmişdir.

Ətraflı
20.11.2021

“Gəncliyimizi narkomaniyadan qoruyaq” adlı tədbir təşkil edilib.

Bu gün Quba Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun Alekseyevka kənd tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq”mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Ətraflı
19.11.2021

Qubada daha bir məktəbin tipi dəyişdirildi.

Təhsil Nazirliyinin F-534 nömrəli əmri ilə cari dərs ilinin ikinci yarısından Yalavanc kəndində fəaliyyət göstərən ibtidai məktəb ümumi orta məktəb kimi fəaliyyət göstərəcək.

Ətraflı
18.11.2021

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib.

18 noyabr 2021-ci il tarixində “JW Marriott” Abşeron otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib. Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallığı ilə seçilən, xüsusi istedadı ilə fərqlənən, həmçinin Komitə tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə malik 300 uşaq iştirak edir.

Ətraflı